Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Mehriban Əliyeva koronavirusa yoluxmuş Cavid Paşayevin müalicəsini nəzarətə götürdü
“Azərbaycan Tibb Universitetinin koronavirusa yoluxmuş Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb”.
Bu barədə TƏBİB-in şöbə müdiri Şükür Eyvazov REAL TV-yə müsahibəsində məlumat verib.
O qeyd edib ki, hazırda C.Paşayevin səhhəti stabildir:
“Hörmətli Birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığı ilə gündə bir neçə dəfə onun səhhəti ilə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O, sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.
"Anar Ələkbərov" teqi üzrə xəbərlər
- Gənclər və İdman Nazirliyi ilin ən yaxşılarını mükafatlandırıb
- İşğaldan azad edilmiş ərazilərlə bağlı Əlaqələndirmə Qərargahının tərkibi dəyişdi
- Messi və komanda yoldaşları Heydər Əliyev Mərkəzində
- Heydər Əliyev Mərkəzində "Yenidən doğulmuş gözəllik" adlı sərgi açılıb
- Heydər Əliyev Mərkəzində "Yer kürəsi uşaqların gözü ilə" fotosərgisi açılıb