İslam Əməkdaşlıq Təşkilatının Küveytdə keçirilən xarici işlər nazirləri Şurasının 42-ci toplantısı çərçivəsində Azərbaycan Respublikasının Xarici işlər naziri Elmar Məmmədyarov, Türkmənistan xarici işlər naziri Rəşid Meredov və Türkiyənin xarici işlər naziri Mevlüt Çavuşoğlu arasında üçtərəfli görüş keçirilib.
Oxu.Az Xarici İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, görüşdə Azərbaycan, Türkmənistan və Türkiyə xarici işlər nazirlərinin üçtərəfli görüşünün regional əməkdaşlığın inkişaf etdirilməsi baxımdan əhəmiyyəti vurğulanıb.
2015-ci ilin 29 yanvar tarixində Aşqabadda keçirilmiş üçtərəfli görüşdə əməkdaşlığın siyasi, iqtisadi, enerji, nəqliyyat və humanitar sahələrdə inkişafına dair ətraflı müzakirələrin aparıldığı qeyd olunub.
Üçtərəfli əməkdaşlığın gündəliyində duran aktual məsələlər ətrafında fikir mübadiləsi aparılıb.