Azərbaycan prezidenti İlham Əliyev Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında sərəncam imzalayıb.
Oxu.Az-ın məlumatına görə, Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında cəmi 956 şagird yerlik modul tipli 15 məktəbin quraşdırılması məqsədi ilə “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.11.2-ci yarımbəndində göstərilmiş məbləğin 5 056 000 manatı Təhsil Nazirliyinə ayrılıb.
Maliyyə Nazirliyinə müvafiq məbləğdə maliyyələşməni təmin etmək tapşırılıb.
Qax, Qəbələ, Oğuz və Şəki rayonlarında quraşdırılması nəzərdə tutulan modul tipli məktəblərin siyahısı
| Sıra №-si | Təhsil müəssisələrinin adları | Ayrılan vəsait |
| 1 | Oğuz rayonu Baş Daşağıl kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 425 000 |
| 2 | Oğuz rayonu Mollalı kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 425 000 |
| 3 | Oğuz rayonu Xaçmazqışlaq kənd 96 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 425 000 |
| 4 | Şəki rayonu Aşağı Daşağıl kənd 96 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 425 000 |
| 5 | Şəki rayonu Daşbulaq kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 390 000 |
| 6 | Şəki rayonu Öyrət kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 315 000 |
| 7 | Şəki rayonu Yeni Göynük kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 285 000 |
| 8 | Şəki rayonu Çapağan kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 285 000 |
| 9 | Qəbələ rayonu Qaradeyn kənd 80 şagird yerlik modul tipli tam orta məktəbin quraşdırılması | 390 000 |
| 10 | Qəbələ rayonu Şəfli kənd 20 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 230 000 |
| 11 | Qəbələ rayonu Laza kənd 80 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 390 000 |
| 12 | Qəbələ rayonu Zərgərli kənd 56 şagird yerlik modul tipli ibtidai məktəbin quraşdırılması | 216 000 |
| 13 | Qax rayonu Çinarlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 285 000 |
| 14 | Qax rayonu Fıstıqlı kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 285 000 |
| 15 | Qax rayonu Aşağı Malax kənd 40 şagird yerlik modul tipli ümumi orta məktəbin quraşdırılması | 285 000 |
|
| Cəmi | 5 056 000 |