Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb
Bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) iclasında sentyabrın 1-ə təyin edilmiş növbədənkənar parlament seçkisində "Gələcək Azərbaycan", "Müsavat", "Azad Vətən", "Vəhdət" və "Ədalət" partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması məsələsi müzakirə edilib.
Oxu.Az-in xəbərinə görə, məsələ barədə MSK katibi Arifə Muxtarova məlumat verib. Məsələ səsverməyə çıxarılaraq qəbul edilib
Qeyd edək ki, Prezident İlham Əliyev iyunun 28-də VI çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçki təyin edilib.
Daha çox şəkil burada: PhotoStock.az
Almaz Qasımova