Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
MSK sədri: "Azad edilən ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək"
"Sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçki ilə əlaqədar azad edilmiş ərazilərdə 54 seçki məntəqəsi fəaliyyət göstərəcək".
"Report"un xəbərinə görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, bu məntəqələrdən 34-ü daimi, 20-si isə müvəqqəti, yəni beş günlük məntəqələr olacaq.
"Parlament seçkisi - 2024" teqi üzrə xəbərlər
Ən çox oxunanlar