"Bu çətin vaxtda Pakistanla həmrəyliyə görə sizə təşəkkür edirik. Terrorizmlə mübarizədə qətiyyətimiz sarsılmaz olaraq qalır".
Oxu.Az xəbər verir ki, bunu Pakistanın baş nazirinin müavini, xarici işlər naziri Məhəmməd İshaq Dar Azərbaycan Xarici İşlər Nazirliyinin İslamabadda baş vermiş terror aktı ilə bağlı verdiyi başsağlığına cavab olaraq "X" sosial şəbəkə hesabında yazıb.
Qeyd edək ki, Pakistanın paytaxtı İslamabadda, Xədicətül-Kubra məscidində cümə namazı zamanı partlayış baş verib. Partlayış nəticəsində ən azı 31 nəfər ölüb, 169 nəfər yaralanıb.
Thank you for your solidarity with Pakistan during this difficult time. Our resolve against terrorism remains unshaken. https://t.co/BUaCd3V1n3
— Ishaq Dar (@MIshaqDar50) February 6, 2026