Pakistanın nüfuzlu beyin mərkəzlərindən hesab olunan Müsəlman İnstitutu minlərlə vətəndaşın iştirakı ilə flaşmob keçirib.
Oxu.Az PTV-yə istinadən xəbər verir ki, Darbar Sultan Bahuda təşkil olunan və Hindistanla qarşıdurmaya həsr olunmuş tədbirdə Pakistan Hərbi Hava Qüvvələrinin cəsarəti vurğulanıb.
Diqqətçəkən məqamlardan biri "J-10C" qırıcı təyyarəsinin insanlardan ibarət modelinin yaradılması olub, minlərlə iştirakçı bu təyyarənin formasının qurulmasında iştirak edib.
Bundan əlavə, çətin anlarda Pakistanın yanında olan Çin, Türkiyə, Azərbaycan və Səudiyyə Ərəbistanı da daxil olmaqla bütün dost xalqlara minnətdarlıq ifadə olunub.
