Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Türkiyə Kubokunun sahibi məlum oldu
Türkiyə Kuboku uğrunda final matçı başa çatıb.
Oxu.Az xəbər verir ki, Qaziantepdə keçirilən həlledici oyunda "Qalatasaray" "Trabzonspor"la üz-üzə gəlib.
Yılmaz (5) və Osimhenin (46, 63) qolları İstanbul təmsilçisinə inamlı qələbə qazandırıb - 0:3.
Beləliklə, "Qalatasaray" cari mövsümdə Türkiyə Kubokunun sahibi olub. Osimhen isə qollarının sayını 35-ə çatdıraraq, braziliyalı Mario Jardelin rekordunu qırıb və komandada bir mövsümdə ən çox qol vuran xarici futbolçu olub.
Qeyd edək ki, ötən mövsümdə də "Trabzonspor" yarışın finalında yer almışdı. Lakin həlledici matçda "Beşiktaş"a 3:2 hesabı ilə məğlub olmuşdu.
"Trabzonspor" və "Qalatasaray" klubları Türkiyə kubokunda çempionluq üçün meydana çıxıblar.
Oxu.Az xəbər verir ki, matç Qaziantepdə oynanılır.
Qarşılaşmanın baş hakimi Cihan Aydındır.
Türkiyə kubokunun final matçından öncə "Qalatasaray" və "Trabzonspor" azarkeşləri arasında dava düşüb.
Oxu.Az xəbər verir ki, azarkeşlər arasında düşən dava polis tərəfindən nəzarətə götürülüb, ondan çox azarkeş saxlanılıb.
Bu gün "Trabzonspor" və "Qalatasaray" Türkiyə kubokunda çempionluq üçün meydana çıxacaqlar.
Oxu.Az xəbər verir ki, "Trabzonspor" - "Qalatasaray" matçı Qaziantepdə oynanılacaq.
Qeyd edək ki, final matçı saat 21:45-də başlayacaq.
Qarşılaşmanın baş hakimi Cihan Aydın olacaq.
"Trabzonspor" - "Qalatasaray" final oyunu Türkiyənin ATV kanalında canlı yayımlanacaq.
14 may
Türkiyə kuboku
Final
Saat 21:45, "Trabzonspor" - "Qalatasaray".
"Qalatasaray FK" teqi üzrə xəbərlər
- Fatih Terim Səudiyyə Ərəbistanı klubu ilə yolları ayırmaq qərarına gəlib
- "Qalatasaray"ın gizli planı – Diqqətlər "Nyukasl Yunayted"ə yönəlib
- Mark-Andre ter Ştegen "Qalatasaray"ın təklifini RƏDD ETDİ
- Hakan Çalhanoğlu "Qalatasaray" rəsmiləri ilə görüşmək üçün İstanbula gedəcək
- Viktor Osimhen transferindən əl çəkməyən "Əl-Hilal"dan 50 milyon avro təklif