Rusiya Prezidenti Vladimir Putin Ukrayna ilə danışıqlar üçün ölkəsinin nümayəndə heyətinin tərkibini təsdiq edən sərəncam imzalayıb.
Oxu.Az bu barədə "Ria Novosti"yə istinadən xəbər verir.
Məlumata görə, nümayəndə heyətinə aşağıdakı şəxslər daxildir:
Medinski V.R. - Rusiya Prezidentinin köməkçisi (nümayəndə heyətinin rəhbəri), Qaluzin M.Y. - Rusiya Federasiyası xarici işlər nazirinin müavini, Kostyukov İ.O. - Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş İdarəsinin rəisi, Fomin A.V. - Rusiya Müdafiə Nazirinin müavini.