Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Meksikada "TikTok" ulduzu canlı yayımda öldürüldü
Meksikada "TikTok" platformasında makiyaj videoları ilə tanınan 23 yaşlı Valeria Markez canlı yayım zamanı silahlı hücuma məruz qalıb.
Oxu.Az "Haber Global"a istinadən xəbər verir ki, Zapopan şəhərindəki gözəllik salonunda baş verən hücum nəticəsində Markez həyatını itirib.
Halisko əyalət prokurorluğu ölümlə bağlı istintaqın başladığını açıqlayıb.
Hadisə zamanı canlı yayımda arxa plandakı bir şəxsin Markezi gələnlər barədə xəbərdar etdiyi eşidilib. Hücumdan sonra naməlum şəxs telefonu götürərək yayımı dayandırıb.
Qeyd edək ki, "Instagram" və "TikTok"da bloqerin 200 minə yaxın izləyicisi var idi.
"TikTok fenomeni" teqi üzrə xəbərlər
- "Əfi" ləqəbli tiktoker Əflatun Rüstəmov HƏBS EDİLDİ
- "TikTok"da ən çox izləyicisi olan bloqer saxlanıldıqdan sonra ABŞ-ni tərk etdi
- Kameralar qarşısında kosmetika yeyən bloqer öldü
- "TikTok" gənclər arasında yayılan populyar trendi qadağan etdi
- "TikTok"da özünü şairə kimi təqdim edən İlhamə Elşadqızının həbs müddəti UZADILDI
Ən çox oxunanlar