"ATƏT-in Minsk Qrupu münaqişənin rəmzidir. Onun mövcudluğu hər iki ölkədə qarşı tərəfin səmimiyyətinə dair şübhə yarada bilər".
Oxu.Az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan Vaşinqtonda jurnalistlərə açıqlamasında bildirib.
O qeyd edib ki, məhz bu səbəbdən bu gün Ermənistan və Azərbaycanın xarici işlər nazirləri ATƏT-ə Minsk prosesi və onunla bağlı strukturların bağlanması barədə birgə müraciət imzalayıblar.