Rusiya prezidenti Vladimir Putinlə görüşdə Ermənistan və Azərbaycan liderlərinin görüşünün təşkili müzakirə olunmayıb.
Oxu.Az erməni KİV-ə istinadən xəbər verir ki, bu barədə bazar günü jurnalistlərə Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib.
Paşinyan və Putin Dağlıq Qarabağ ətrafındakı vəziyyəti müzakirə edərək, münaqişənin dinc yolla nizamlanmasının vacibliyini qeyd ediblər.
“Mən öz növbəmdə bəyan etdim ki, münaqişə zonasında istənilən təxribat kəskin cavab alacaq”, - deyə, erməni Baş nazir bildirib.