Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Paşinyan qızıl yox, uran əldə etmək istəyir- Amulsar yatağı ilə bağlı icmal
Ötən cümə, sentyabrın 6-da Ermənistanın Baş naziri Nikol Paşinyan Vayots Dzor bölgəsində yerləşən Jermuk şəhərinin əhalisi ilə görüş keçirib.
Görüşdə Amulsar mədəninin istismarı problemini yenidən müzakirə edilib. Erməni cəmiyyətinin əhəmiyyətli bir hissəsi Qərbin sərmayə qoyduğu bu yatağın istismarının əleyhinədir və Media.Az bu barədə dəfələrlə məlumat verib.
Lakin Nikol Paşinyan və hökuməti bu dəfə də verdiyi vədləri yerinə yetirə bilməyib. Ermənistan cəmiyyəti sentyabrın 4-də məsələ ilə bağlı yekun qərarın veriləcəyini gözləyirdi.
Erməni mediasının məlumatına görə, Paşinyan sentyabrın 6-da "Lydian İnternational" şirkətinin icraçı direktoru Edvard Sellers və "Lydian Armenia" (şirkət 2015-ci ildə Amulsar yatağının istismarına lisenziya alıb) şirkətinin icraçı direktoru Hayk Aloyanla görüşüb, amma hər hansı həlledici qərar əldə olunmayıb. Avqust ayında Paşinyan əhalinin etimadına güvənərək, qızıl yatağı hesab olunan Amulsar mədəninin istismarına icazə vermişdi.
Media.az-a etibarlı mənbələrdən verilən məlumata görə, söhbət qızıl yataqlarından gedirsə, Qərb mənbələri bunun qarşılığını sərmayə ilə ödəyə bilməz. Bu məsələyə daha sonra toxunacağıq.
Nikol Paşinyan avqust ayında Amulsar yatağının istismarının məqsədəuyğunluğu barədə verdiyi açıqlamanın Ermənistanda etiraz doğuracağını və rəqiblərinin də vəd etdiyi kimi, "payızın qaynar keçəcəyi" ehtimalını hiss edərək, hər zaman olduğu kimi, geri çəkildi.
Sentyabrın 4-də erməni jurnalistlər Nikol Paşinyanın mətbuat katibi Vladimir Karapetyandan soruşublar: Amulsar yatağının taleyi necə olacaq? Cavab isə gözlənilən idi: "Ermənistan hökuməti hələ qəti qərar verməyib" ("Sputnik Ermənistan"). Karapetyan bununla yanaşı son qərarın nə vaxt veriləcəyinə dair bir söz də deməmişdi.
Öz növbəsində Qafqaz İnstitutunun eksperti Qrant Mixaelyan açıqlama verib ki, hər hansı Avropa ölkəsində Amulsar kimi bir layihə uğursuz olardı. Açıqlamada da bildirildiyi kimi, ölkə başçısı Paşinyan da yataqda işlərin aparılmasını dayandırıb.
"... Nəzərə almaq lazımdır ki, Paşinyanın komandasına ekoloqların tərəfində olan insanlar da var. Üstəlik, onlar karyeralarına ətraf mühit mövzularında müxtəlif etirazlarla başlayıblar. Onlar həm də hakimiyyətdəki daxili ziddiyyətlərə səbəb mədənin istismarı məsələsindən də narazıdırlar", - deyə Mixaelyan bildirib.
Erməni mediasının yazdığına görə, Paşinyan üçün vəziyyət indi həddindən artıq çətindir: o, yatağın istismara verilməsinə etiraz edən əhali ilə Britaniya-Kanada şirkəti "Lydianın", beynəlxalq investor və kreditorların, xüsusən Avropa Yenidənqurma və İnkişaf Bankı arasında qalıb. Xarici təzyiq amili isə burada daha çox əhəmiyyətlidir.
“Birincisi, ehtimal var ki, "Lydian" yataqda işlərin dayandırılacağı halda, Arbitraj Məhkəməsinə müraciət edəcək - hökumət bu halda məğlub ola bilər. Bu isə böyük miqdarda pul itkisi deməkdir. İkincisi, nəzərə almaq lazımdır ki, Britaniya elitası Lydianın fəaliyyətində iştirak edir, buna görə də yatağın istismarına qoyulan qadağa İrəvana qarşı beynəlxalq təzyiqə səbəb ola bilər ”, - deyə erməni KİV yazır.
Qərb strukturları hazırkı Ermənistan hökumətinə Amulsar yatağının istismar edilməsinin vacibliyini açıq şəkildə bildirib. Təkcə elə Nikol Paşinyana məktub göndərən Amerika Ticarət Palatasının (AmCham) Ermənistandakı şöbəsinin aktiv fəaliyyəti vuröulamaq kifayət. Məktubun mətnində açıq hədə var: "AmCham xəbərdarlıq edir ki, Amulsar ətrafındakı vəziyyət potensial investorlara birmənalı olaraq mənfi impulslar göndərir və Ermənistanı investisiya üçün cəlbedici olmayan bir ölkəyə çevirir".
Hökumət üzvləri daxilində də fikir ayrılıqları yaranmağa başlayıb. Bunu gözləmək olardı, axı hökumət müxtəlif formasiyalardan təşkil olunub. Paşinyanın deputatlara qışqıraraq, "Sizin komanda işiniz budur? Mənim arxamda belə durursunuz?" deməsindən sonra bəzi millət vəkilləri öz mandatından imtina edib. Xatırladaq ki, "Qraparak" qəzetinin məlumatına görə, Paşinyan öz komandasına, xüsusilə Amulsar yatağı ilə bağlı ona etiraz edən deputatlara çox qəzəblənib.
Qəzetdə qeyd olunub ki, bundan sonra ölkə başçısı fərdi tədbirlər görəcək ki, komandadakılar baş nazirin iradəsinin əksinə çıxmağın ağır nəticələrə səbəb olacağını başa düşsünlər. Budur, Ermənistan parlamentinin "Mənim addımım" fraksiyasından olan deputatı Edgar Arakelyan mandatını təhvil verməyə qərar verib. Millət vəkili bu barədə öz "Facebook" səhifəsində yazıb.
İrəvan mediası hökumətin qərarları ilə bağlı fikirlərini açıq şəkildə ifadə edən Edgar Arakelyanın Paşinyan komandası üzvlərindən olduğunu bildirir.
Erməni təhlilçi Sarqis Artsruni sual verir: “Mənim addımım” fraksiyasının bölünməsindən qorxmaq lazımdırmı? Baş nazirin əvvəlki yüksək nüfuzu yoxdursa və parlament çoxluğu prinsipial məsələlər üzrə vahid gündəliyi tərtib edə bilmirsə,"Mənim addımım"ın birləşməsi immitasiya halını alır", - deyə Artsruni qeyd edir. O hesab edir ki, Ermənistan hakimiyyəti Amulsar yatağını istismara vermək üçün sadəcə vaxtı uzadır.
Ermənistan parlamentinin sədri Ararat Mirzoyan da etiraf edib ki, Amulsarın istismara verilməsi nəticəsində hakimiyyətin nüfuzu xeyli azala bilər: "Milli Məclisin Sədri, əlbəttə, haqlıdır, ancaq cəmiyyət bir ildir ki Amulsar məsələsi ilə bağlı manipulyasiya edən, populizmlə və populyar olmayan bir qərar - Lydian və ekoloqlar arasında manevr etməyə çalışan komandanı görəndə, təbii ki, hakimiyyətin nüfuzu aşağı düşür", - deyə analitik əlavə edib.
Onun "Birinci İnformasiya" saytındakı dərc olunan açıqlamalarıma görə, Baş nazirin əvvəlki yüksək nüfuzunu itiribsə və parlament çoxluğu fundamental mövzularda vahid gündəliyi hazırlaya bilmirsə, icra hakimiyyətinin təzyiqi və ya deputatların prinsipsizliyi səbəbindən fraksiyanın bütövlüyü imitasiya xarakteri daşıyır. Bunun nəticəsi isə avtoritarizm və ya hakimiyyətin siyasi gücünü itirməsi ola bilər ki, bu halda da sistemli böhran qaçılmazdır.
Ermənistan hakimiyyəti həmişəki kimi vaxtı uzadır. Deyilənə görə, Amulsar məsələsində arbitraj prosesi mümkündür. Bu barədə Baş nazirin müavini Tiqran Avinyan məlumat verib.
Erməni sosial şəbəkələri isə baş verənlərə bu cür reaksiya verir: "Əvvəlcə sən (Nikol Paşinyan - red.) "Feysbuk"da bəyan edirsən ki, heç bir əhlükə yoxdur, buna əmin olduğunu deyirsən, sonra isə bildirirsən ki, vəziyyət dəyişib?"
Ancaq mədənin istismara verilməsi tərəfdarları da var. Məsələn, keçmiş baş nazir, "Respublika" partiyasının lideri Aram Sarkisyan Ermənistan İctimai Televiziyasına verdiyi müsahibədə söyləyib ki, mədən metallurgiyasının ölkə iqtisadiyyatının inkişafının lokomotivi olmalıdır. O hesab edir ki, bu, ölkə təhlükəsizliyi və Qarabağ problemi ilə birbaşa əlaqəlidir, çünki neft çıxaran Azərbaycan İsrail silahlarını ("bu silahlar 2016-cı ilin aprel müharibəsi zamanı bizə problem yaratdı"), xüsusən də pilotsuz təyyarələr ala bilər.
Bəs Amulsar yatağında bu qədər əhəmiyyətli nə var axı? Orada qızılın az olduğunu barədə Media.az-a məumat daxil olduğunu yuxarıda bildirmişdik. Ancaq göründüyü kimi, ABŞ və Rusiya üçün bu, prinsipial məsələyə çevrilib.
Bu yaxınlarda İrəvanda nəşr olunan "Lragir"in analitiki Hakob Badalyanın da qeyd etdiyi kimi, Rusiyanın Ermənistandakı səfiri Sergey Kopyrkin Cermukda (Amulsar mədəninin yaxınlığında) ailəvi tətilindən fotoşəkil paylaşaraq, bu yer haqda təəssüratını bölüşüb. "Kopyrkin olduqca təcrübəli bir diplomatdır. O həm Amulsar ətrafında siyasi ehtirasların qızışdığını görür, həm də anlayır ki, onun paylaşımı mövcud reallıqların fonunda hansı reaksiyaları doğura bilər".
"Onun paylaşımında hansı mənaların gizləndiyi kifayət qədər aydındır: "diplomatik dil"dən tərcümə olunarsa, bu, "Amulsar dağ (oxu: problem - red.) kimi qalacaq" deyilir (bu, Amerikanın "qızıl mədəni" şirkətinin (hərçənd çox zaman onu ingilis-kanada şirkəti adlandırırlar) istismarına qarşı çıxanların şüarlarından biridir). Bu vəziyyət çoxqatlı təzad yaradır. "Akop Badalyan, görüşlər zamanı müxtəlif "fotoqrafik dildən" istifadə etmədən problemdən narahatlıqlarınıı dilə gətirən və Amulsar məsələsinin Ermənistanın investisiya kreditinə əhəmiyyətli təsir edəcəyini söyləyən Amerika diplomatlarının davranışlarına diqqət çəkir".
Bundan əlavə, erməni analitikləri, Amulsar ətrafındakı vəziyyətin geosiyasi mülahizələr nöqteyi-nəzərindən yaradıldığı qənaətinə gəlir. Guya bu, Ermənistanın mədən sənayesində və bütövlükdə iqtisadiyyatda Qərbin ən böyük investisiya proqramına qarşı dirəniş cəhdidir.
Belə bir intriqanın yaranmasına səbəb olan Amulsarın sirri nədir? Məlumdur ki, burada söhbət qızıldan yox, urandan gedir. İqtisadçı və siyasi proseslərin tədqiqatçısı Knyaz Bağdasaryanın "Realist" xəbər agentliyi üçün xüsusi hazırladığı yazıda da göstərdiyi kimi, Amulsar ehtimal ki, uran yatağıdır. Bu haqda məlumatlar isə gizlədilir.
Erməni tədqiqatçınən qeyd edir ki, təbii sərvətlərin ehtiyatları, xüsusən də “A sinif” radioaktiv elementlərlə bağlı bütün məlumatlar dünyanın bütün ölkələrində dövlət sirri olaraq arxivlərdə saxlanılır.
Tədqiqatçı əlavə edib ki, Amulsar yatağının ilk növbədə uran-torium yatağı olması təsdiqlənməlidir. 2008-ci ildə Ermənistan Respublikasında uranın geoloji kəşfiyyatı üçün Ermənistan-Rusiya Mədən Şirkətinin (ARGK) yaradılması faktı da bu fikri təsdiq edir. "Rosatom" şirkətinin rəhbəri Sergey Kiriyenko 9 sentyabr 2008-ci ildə Ermənistana rəsmi səfəri zamanı bildirib: “Ermənistanda uranın olması faktı ortadadır, bizdə onun həcminin müxtəlif qiymətləndirmələri də var. Söhbət təxminən 10 min və 30 min tondan gedir, amma bəzi nikbin proqnozlar isə bu dəyərin 60 min ton olduğunu göstərir”.
“Müqavilə şərtlərinə əsasən, Ermənistanda hasil olunan uran filizi Rusiyaya ixrac edilməli və daha sonra Beynəlxalq Uran Zənginləşdirilməsi Mərkəzində - Anqarskda emal olunmalı idi. Beynəlxalq Atom Enerjisi Agentliyinin (IAEA) saytında təqdim olunan rəsmi məlumatlara görə, gözləntilərin doğrulmadığından, 2013-cü ilin sonunda şirkət bağlandı”, - deyə Knyaz Bağdasaryan vurğulayıb.
İstənilən radioaktiv maddə istehsalı çox zərərlidir və istismar dərəcəsindən asılı olaraq, bölgənin ümumi radiasiya fonu mütləq artır. Filiz yataqları nə qədər dərin olarsa, radioaktiv maddələrin qamma fəallığı bir o qədər güclü olar. Xüsusilə uran mədəni xərçəngə səbəb olan ağır və zərərli sənaye növüdür.
Uran hasili amanı mədən minerallarını həll etmək üçün quyuya çox miqdarda sulfat turşusu və ya digər turşular tökülür. Bu ekstraksiya üsulu ilə turşu torpaqdan çıxaraq yeraltı su ilə qarışır. Bu isə dünyanın ən yaxşı mineral kurort zonalarından sayılan Cermuk üçün təhlükə yaradır.
Ermənistan prezidenti Armen Sarkisyan bir müddət "Lydian International" şirkətinin İdarə Heyətinin üzvü olub. Lakin o, açıqlamasında şirkət sirlərini heç vaxt paylaşmayacağına dair məsuliyyət daşıdığını və buna hüququ olmadığını bildirib.
Aydın məsələdir ki, Ermənistan Respublikası Enerji və Təbii Sərvətlər Nazirliyi yuxarıda adı çəkilən Ermənistan-Rusiya mədən şirkəti haqda geniş məlumata sahibdir və Ermənistandakı uran ehtiyatları barədə ən çox məlumatı olanlardandır.
Deməli, Ermənistanda hasil ediləcək qızıl yox, urandır. Hazırkı böhran, Mendeleyev dövri sistemində 92-ci elementin kimin - Qərbin, ya Rusiyanın payına düşməsi ilə əlaqəlidir.
"Ararat Mirzoyan" teqi üzrə xəbərlər
- Mirzoyan almaniyalı həmkarını Azərbaycanla sülh sazişi üzərində iş barədə məlumatlandırıb
- İran XİN: "Ermənistanla mümkün qədər əlaqələri genişləndirməyə hazırıq"
- Ermənistan XİN: "Bakı və İrəvan sülh müqaviləsi üzrə razılığa gəlməyə yaxındırlar"
- Sazişlə bağlı məqamlar: "Azərbaycan sülh müqaviləsini Paşinyanla imzalamayacaq"
- Bu xəbərləri qaçırmayın: 30.10.2024-ün ən mühüm hadisələri