Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Azərbaycan və Ermənistan müqavilə mətninin 17 maddəsindən 15-i üzrə razılığa gəliblər
"Ermənistan və Azərbaycan sülh müqaviləsinin mətninin preambulası və 17 maddədən 15-i üzrə razılığa gəliblər".
Oxu.Az Ermənistan KİV-ə istinadən xəbər verir ki, bunu ölkənin xarici işlər naziri Ararat Mirzoyan ATƏT Nazirlər Şurasının Maltada keçirilən iclasında çıxışı zamanı deyib.
Nazir bildirib ki, Ermənistan Bakı ilə münasibətlərin tam normallaşmasına yönəlmiş danışıqlarda konstruktiv iştirakını davam etdirir.
O qeyd edib ki, Ermənistan Cənubi Qafqazda düşmənçilik səhifəsini bağlamağa hazır olduğunu dəfələrlə bəyan edib.
Xatırladaq ki, dekabrın 4-də parlamentin iclasında Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sazişin mətninin 90%-nin razılaşdırıldığını bildirib.
"Azərbaycanla Ermənistan arasında sülh sazişi" teqi üzrə xəbərlər
- Paşinyan və Makron rəsmi Bakı ilə danışıqları və ikitərəfli münasibətləri müzakirə ediblər
- Ermənistanda növbədənkənar seçki iddiası: Paşinyanın yeni manevri, yoxsa sülhün addım səsləri?
- Azərbaycanla Ermənistan arasında sülh sazişi niyə yubanır? - Prosesə mane olan amillər
- Ceyhun Bayramov: "Azərbaycanla Ermənistan arasında təmaslar davam edir"
- Ermənistanın ədliyyə naziri: "Yeni konstitusiyanın mətni 2026-cı il seçkisinə qədər hazır olmalıdır"