Oxu.Az-ın suallarını rusiyalı politoloq Aleksandr Sotniçenko cavablandırır:
- Belarus Rusiya tərəfindən ittihamlardan sonra Rusiya-Belarus sərhədlərinə Gömrük İttifaqının yaradılması zamanı ləğv edilən gömrük məntəqələrini qaytardı. Vəziyyəti necə şərh edərdiniz?
- Belarus hakimiyyəti hər zaman öz milli maraqlarını qoruyub. Rəsmi olaraq reeksport qadağan edilməyib, gəlir isə yetərincədir. Minsk növbəti dəfə Moskvaya bildirir ki, Belarusun müstəqilliyi onun üçün dostluq haqqında rəsmi bəyanatlardan üstündür.
- Cari qərar bəzi müşahidəçilərə “Gömrük İttifaqının laxladığını” iddia etməyə əsas verir, bəziləri hətta üzvləri arasında belə problemlər üzə çıxan birliklərin üstündən ümumiyyətlə, xətt çəkmək lazımdır deyə fikirləşir. Siz təşkilatın perspektivləri barədə nə düşünürsüz?
- Təşkilatın perspektivləri çox yaxşıdır. Postsovet məkanında hələ də SSRİ üçün nostalgiya var, sakinlərin çoxu isə bu və ya digər şəkildə rus mədəniyyəti ilə uzlaşırlar.
Bunun üçün istənilən kitab mağazasına və ya saytların dil üzrə baxılmasına nəzər yetirmək kifayətdir. Amma hələ ki təşkilatda əsas olan gələcək inkişaf ideyası, mərhələli strategiya yoxdur. Elə təsəvvür yaranır ki, Moskva postsovet məkanının və onun ibarət olduğu dövlətlərin arzu və xüsusiyyətlərini nəzərə almadan Avrasiya İttifaqının surətini yaratmaq istəyir. Sanballı inteqrasiya ideyası səsləndirilən kimi iş dirəndiyi nöqtədən tərpənəcək.
- Son zamanlar Azərbaycanın Gİ-ə daxil olması imkanları haqqında çox söhbət gedir. Bu barədə nə düşünürsüz?
- Gİ iqtisadi məkandır və ora daxil olmaq Azərbaycan üçün heç bir təhlükə daşımır. Antirusiya sanksiyaları şəraitində Gİ ölkələri Rusiya ilə əməkdaşlıq və vasitəçilik üçün yaxşı dividendlər əldə edirlər. Dağlıq Qarabağ probleminə gəldikdə isə Gİ layihəsi uğuru və onun Avrasiya İttifaqına çevrilməsi şəraitində Dağlıq Qarabağ problemi Avropada Elzas və Lotaringiya kimi öz-özünə həll ediləcək. Almaniya iqtisadiyyatı fransız iqtisadiyyatından güclüdür, hal-hazırda isə bu regiona, o cümlədən də II Dünya müharibəsinin nəticələrinə görə Polşa, Çexiya və digər ölkələrə nəzdinə keçən digər regionlara alman kapitalının ciddi axını müşahidə edilir. Aİ çərçivəsində transsərhəd əməkdaşlıq şəraitində bu regionlardan didərgin düşənlərin nəsilləri, eyni zamanda iqtisadi demoqrafik ekspansiyanı həyata keçirərək bura köçürülür.
Azərbaycan hal-hazırda, həm iqtisadi, həm də demokratik göstəricilərə görə Ermənistandan üstündür. Beləliklə də Dağlıq Qarabağ probleminin Azərbaycanın xeyrinə olan həlli təbii yolla baş verə bilər.
- Yeri gəlmişkən, Rusiyanın iqtisadi əlaqələri getdikcə möhkəmləndirdiyi, Türkiyənin Gİ-da üzvlüyü perspektivi barədə nə deyərdiniz? Artıq Ankaradan Avrasiya inteqrasiyasının Rusiya tərəfindən inspirasiya edilmiş proseslərə razılıq bəyanatları səslənib.
Moskva və Ankara əməkdaşlığının əsasında Avrasiya məkanının inteqrasiyası bütün iştirakçılara maksimal siyasi, sosial və iqtisadi xeyir gətirəcək. Avropa və ABŞ üçün onun perspektivləri kabusdur. Yalnız Türkiyənin Rusiya ilə qaza dair razılığı və Ankaranın sanksiya rejiminə qoşulmadan imtina etməsi Avropa İttifaqında əsl panikaya səbəb oldu. Amma hələ ki, Türkiyəyə Aİ və hətta ABŞ-ın belə real təzyiq vasitəsinin olmadığını görürük. Avropa emissarlarının Türkiyəyə gətirdikləri təkliflər Türkiyə-Rusiya əməkdaşlığının faydasını verməyəcək. Eyni zamanda ABŞ Türkiyəni zəiflədəcək ən əsas amili nəzarət altında saxlayır. Bu, ölkənin daxili və xaricində olan şəraitdir. Vaşinqton son illərdə müxtəlif QHT ilə işdə irəliləyişlər əldə edib və dolayı yolla daxili siyasi vəziyyətə təsir edə bilər.
- Bir sual daha. Ermənistan və beynəlxalq səviyyədə Azərbaycan ərazisi ola işğal edilmiş Dağlıq Qarabağ və digər rayonlar ilə sərhəddə gömrük məntəqələrinin qoyulacağı barədə çox fərqli fikirlər səslənir. İrəvan etiraf edir ki, o, Gİ-ə BMT tərəfindən tanınan sərhədləri çərçivəsində daxil olur, eyni zamanda da əmindir ki, gömrük məntəqələri olmayacaq. Gİ üzvlərinin və Bakının reaksiyası məlumdur. Bu barədə siz nə düşünürsünüz?
- Düşünürəm ki, heç bir gömrük məntəqəsi qurulmayacaq, çünki Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil olması de-faktodur. Orada erməni qanunları qüvvədədir, erməni valyutası işləyir, vahid sosial xidmət sistemi çalışır. Düşünürəm ki, Gİ ölkələri buna göz yumacaq.
L.H.
www.oxu.az