Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
:1200.jpg)
Prezident: “Azərbaycan və Gürcüstan yaxın tərəfdaşlardır” - VİDEO
“Gürcüstan və Azərbaycan yaxın tərəfdaşlardır. Bizim tərəfdaşlığımız təkcə enerji ilə məhdudlaşmır. Bu əməkdaşlığımız özümüzü - hər iki ölkəni Avropada səfərbər olunmuş vahid, strateji əhəmiyyətə malik komanda kimi təqdim etməyə imkan verdi”.
AZƏRTAC xəbər verir ki, bu barədə Prezident İlham Əliyev dekabrın 6-da ADA Universitetində keçirilən “Qarabağ: 30 ildən sonra evə dönüş. Nailiyyətlər və çətinliklər” mövzusunda beynəlxalq forumda bildirib.
Gürcüstana müntəzəm olaraq səfərlər etdiyini, bu ölkənin baş nazirinin Azərbaycana gəldiyini və hər zaman mühüm məsələləri müzakirə etdiklərini xatırladan dövlətimizin başçısı qeyd edib:
“Biz Gürcüstanın Avropa İttifaqına üzv olmaq istəyini tam anlayırıq və Gürcüstana bu işdə uğurlar arzu edirik”.
Azərbaycan Prezidenti Avropa İttifaqının Gürcüstana artıq müəyyən status şamil etməsi münasibətilə təbriklərini çatdırıb.

"ADA Universiteti" teqi üzrə xəbərlər
- "Azercell" "Azərbaycan Biznes Keys Müsabiqəsi 2025"ə dəstək verir
- "Silk Way West Airlines" Milli Aviasiya Akademiyasına "Boeing 777" uçuş simulyatorunu təhvil verib
- Rəqəmsal inkişaf və nəqliyyat nazirinə yeni müavin təyin edildi
- ADA Universitetində Fransa müstəmləkələrindən olan jurnalistlər üçün təlimlərə başlanılıb
- "Nar"ın dəstəyi ilə Azərbaycanda jest dili tətbiqi hazırlanır