"ABŞ-nin "EXIM Bank"ı (İxrac - İdxal Bankı) ilə resurslara aid layihələrlə bağlı müəyyən maliyyə məsələləri müzakirə olunur. İnfrastruktur, nəqliyyat, həmin o resursların nəqli ilə bağlı bir sıra məsələlər və planlar var".
Oxu.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Vaşinqtonda Azərbaycan mətbuatına müsahibəsində deyib.
"Enerji bizim əməkdaşlığımızın əsas məsələlərindən, əsas mətləblərdən biri olacaq", - deyə Prezident İlham Əliyev vurğulayıb.
Qaynar xətt:
(055) 224 12 12