"İşğaldan azad olunmuş Ağdam, Füzuli və Xocavənd rayonlarına son beş ildə 13 700 nəfər köçürülüb, hazırda isə həmin bölgədə digər çalışanlarla birlikdə 50 mindən çox insan yaşayır və çalışır".
Oxu.Az xəbər verir ki, bunu Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, 2026-cı ilin sonuna qədər daha 30 min vətəndaşın doğma torpaqlarına qayıdışı planlaşdırılır.
Qaynar xətt:
(055) 224 12 12