Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Rubio Mərkəzi Asiya-Azərbaycan interkonnektorunun ABŞ maraqlarına uyğunluğunu təsdiqləyib
ABŞ-nin dövlət katibi Marko Rubio beş Mərkəzi Asiya ölkəsini (Qazaxıstan, Türkmənistan, Özbəkistan, Qırğızıstan və Tacikistan) Xəzər dənizi vasitəsilə Azərbaycanla birləşdirəcək transxəzər təbii qaz interkonnektorunun tikintisinin ABŞ və müttəfiqlərinin strateji maraqları ilə uyğun olduğunu təsdiqləyib.
Oxu.Az xəbər verir ki, ABŞ Senatında keçirilən dinləmələr zamanı senator Stiv Deyns Rubiodan bu layihəyə dəstək verilib-verilmədiyi barədə rəy soruşub:
"Düşünürəm ki, bəli. Şübhəsiz ki, bunun dünya üçün böyük əhəmiyyət kəsb etdiyini deyə bilirəm", - Rubio qeyd edib.
Senator Deyns vurğulayıb ki, Mərkəzi Asiya ölkələrinin liderləri ilə keçirdiyi görüşlərdə onların transxəzər enerji keçidinin qurulması ideyasına olduqca müsbət yanaşdıqlarını müşahidə edib.
"Marko Rubio" teqi üzrə xəbərlər
- Tramp daha 36 ölkə vətəndaşının ABŞ-yə girişini qadağan edə bilər
- İsrail ABŞ-ni İrana qarşı əməliyyata qoşulmağa razı salmağa çalışır
- Ziddiyyətli bəyanatlar: İran ABŞ-ni ittiham edir, Rubio zərbələrdə iştirakını inkar edir
- USAID-in xaricdəki nümayəndəliklərinin tam ləğv ediləcəyi tarix açıqlanıb
- Taleyin ironiyası: Tramp lağa qoyduğu Baydenin aqibətini yaşadı