Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
!["Rus Evi" onun adından yayılan saxta sənədlərlə bağlı bəyanat yaydı](https://images.oxu.az/2025/02/11/YQF1J2JdF0lgLArfecMXC9pnKrchSe8SAtwHyHxM:1200.jpg)
"Rus Evi" onun adından yayılan saxta sənədlərlə bağlı bəyanat yaydı
Bakıdakı "Rus Evi" sosial şəbəkələrdə mərkəzin loqolarından istifadə edilərək saxta sənədlər yayılması barədə açıqlama yayıb.
Oxu.Az xəbər verir ki, "Rus Evi"nin "Facebook" hesabında edilən paylaşımda deyilir:
"Bakıdakı "Rus Evi" və "Rossotrudniçestvo"nun simvollarının qanunsuz mənimsənilməsi ilə sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatların və saxta sənədlərin yayılması davam edir. Burada söhbət, əsasən, guya Bakıda "Rus Evi"ndə rus dili kursunda tədris alan şəxslərin, o cümlədən Azərbaycanın dövlət qulluqçusu olan şəxslərin siyahılarından gedir. Bu "sənədlər" həqiqi deyil. Bizim rəsmi resurslarımızda yayılmayan istənilən material saxtadır".
![](https://img.youtube.com/vi/jSViJ1hthKI/sddefault.jpg)
"Rus evi" teqi üzrə xəbərlər
- Azərbaycan-Rusiya münasibətlərində asimmetriya: Paritet lazımdır!
- Bakıdakı "Rus Evi" fəaliyyətini dayandırır - RƏSMİ
- "Rus Evi"ndə söküntü: Qanunsuz lövhə götürüldü
- Bakının "Rus evi" və USAID qərarı müzakirələrə səbəb oldu - Bizdən nə danışırlar?
- ABŞ-nin yeni hökuməti USAID-ə niyə bu qədər qəzəblidir?