Onun sözlərinə görə, Boston faciəsinin əsas məqsədi ondan ibarətdir ki, gələn NATO qoşunlarının Əfqanıstandan çıxarılmasına başlanılacaq və həmin qoşunlar Azərbaycandan keçəcək. Bu terror aktı isə hərbi birləşmələri tam qanuni əsaslarla Azərbaycanda saxlamağa imkan verəcək.
“Xüsusilə də, Azərbaycanın şimalında, ətrafında çoxsaylı müzakirələrin getdiyi Qəbələdəki keçmiş sovet hərbi bazasında. İki il əvvəl həmin ərazidə böyük, müasir aerodrom yaradılıb və o, hərbi-nəqliyyat təyyarələrini qəbul edə bilər. Və mən əminəm ki, amerikalılar bu terror aktındakı Qafqaz izi pərdəsi altında gizlənərək, öz hərbi birləşmələrini Azərbaycanda, Qafqazda yerləşdirmək üçün legitim siyasi imkan qazanacaqlar və həmin qoşunları “anti-terror birləşmələri” adlandıracaqlar. Hesab edirəm ki, bu Rusiyanın maraqlarına birbaşa təhdiddir. Bu terror aktının çox irəli gedən ssenari-siyasi nəticələri var” – deyə, o vurğulayıb.
www.novostnik.ru
Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin