Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan: “İki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq”
“Birləşmiş Ərəb Əmirliklərində iki ölkə arasında, iki ölkənin və iki xalqın rifahı və çiçəklənməsi naminə müxtəlif sahələrdə əməkdaşlığın inkişafına hazırıq”.
AZƏRTAC xəbər verir ki, bu sözləri Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev ilə geniş tərkibdə görüşündə deyib.
“Qeyd etdiyiniz kimi, münasibətlərimizin inkişafı öz başlanğıcındadır. Biz də öz növbəmizdə ölkələrimiz arasında münasibətlərin daha da gücləndirilməsi və yeni körpülərin yaradılması istiqamətində səylərimizi səfərbər edirik”, - deyə BƏƏ prezidenti əlavə edib.
"Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ)" teqi üzrə xəbərlər
- İlham Əliyev və Şeyx Məhəmməd bin Zayed Al Nəhyan birgə nahar ediblər
- Məşhur akrobat bu dəfə "Əmirlik qüllələri"ni fəth etdi - İnanılmaz görüntülər
- Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərində işgüzar səfərdədir
- Suriyada Əsəd rejiminin devrilməsindən sonra ilk beynəlxalq uçuş hansı ölkəyə oldu?
- Dubayda maliyyə piramidası qurucusunun qulağını kəsib pullarını əlindən aldılar