"UN-Habitat" Azərbaycana WUF13-ün qlobal və yüksək təşkilatçılığına görə təşəkkür edib.
Oxu.Az xəbər verir ki, BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax ölkəmizə təşəkkürünü Ümumdanya Şəhərsalma Forumunun rəsmi bağlanış mərasimindan əvvəl keçirilən mətbuat konfransında bildirib.
O qeyd edib ki, şəhərsalma forumu qlobal platformaya çevrilib:
"Foruma qoşulanların 55 faizi xanımlar olub. 11 dövlət başçısını və xeyli sayda naziri burada qarşıladıq. WUF13 bundan daha doğru vaxtda keçirilə bilməzdi. Həmçinin iqlim məsələləri üzrə problemlərə toxunduq. Vermək istədiyimiz mesaj odur ki, düzgün şəhərsalma əməkdaşlıq çərçivəsində olmalıdır. "Bakı Fəaliyyətə Çağırış" sənədini yüksək dəyərləndirirəm. Bu sənəd platforma üçün açar rolunu oynayacaq".