Sabah prezidentlər İlham Əliyev və Serj Sarkisyanın Dağlıq Qarabağla bağlı vacib danışıqlar üçün görüşəcəyini gözləyirik.
Oxu.Az-ın xəbərinə görə, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlik özünün twitter səhifəsində yazıb.
Xatırladaq ki, sabah İsveçrənin Bern şəhərində Ermənistan və Azərbaycan prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunmuş görüşü keçiriləcək.