Vasif Məmməd Ağa oğlu Babazadə “Şərəf” ordeni ilə təltif edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə müvafiq sərəncamı Azərbaycan prezidenti İlham Əliyev imzalayıb.
Qeyd edək ki, V.Babazadə geologiya-minerologiya elmləri doktoru, professor, Azərbaycan Milli Elmlər Akademiyasının üzvüdür.
Elmi nəticələrinə və təhsil quruculuğuna görə 11 fevral 2000-ci ildə Azərbaycan Respublikasının “Əməkdar Elm xadimi” fəxri adına layiq görülüb.