"44 günlük Vətən müharibəsi bitəndən bu günə qədər 412 nəfər mina partlayışından zərər çəkib".
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) sosial şəbəkə hesabında məlumat açıqlayıb.
Bildirilib ki, minaların mülki şəxsləri hədəfə alması, bərpa və yenidənqurma prosesini ləngitməsi, eləcə də təhlükəsiz qayıdışı əngəlləməsi beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulması kimi qiymətləndirilir.
"Bu hadisə eyni zamanda genişmiqyaslı və sürətləndirilmiş mina təmizləmə əməliyyatları üçün beynəlxalq dəstəyin təcili zəruriliyini bir daha ortaya qoyur", - deyə xəbərdə qeyd olunub.
Xatırladaq ki, Ermənistanla sərhəd bölgədə yerləşən Qazax rayonunun Bala Cəfərli kəndi ərazisində noyabrın 17-də mina hadisəsi baş verib. Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1988-ci il təvəllüdlü Samir Mübariz oğlu İmamverdiyev xidməti vəzifəsini yerinə yetirərkən xəsarət alıb. Əməkdaşın sağ ayağı topuq nahiyəsindən amputasiya edilib.
Landmines continue to claim lives in #Azerbaijan.
— MFA Azerbaijan 🇦🇿 (@AzerbaijanMFA) November 17, 2025
Today, an employee of the Mine Action Agency of The Republic of Azerbaijan @ANAMA_gov_az was seriously injured by a landmine explosion on the border with Armenia.
Only since the end of 44-days War of 2020, 4⃣1⃣2⃣ people have… pic.twitter.com/zM6Yx9pcvb