"Napoli"nin baş məşqçisi Antonio Kontenin klubdakı gələcəyi sual altındadır.
Oxu.Az xarici mediaya istinadən xəbər verir ki, klub prezidenti Konteni Tiaqu Motta ilə əvəzləmək fikrinə düşüb.
Klub prezidenti baş məşqçiyə açıq şəkildə bildirib ki, əgər ayrılıq olacaqsa, istefa qərarını o özü verməlidir.
Xatırladaq ki, Konte bir həftəlik istirahətə yollanmışdı. Onun olmadığı dönəmlərdə komandanı onun köməkçisi Kristian Stellini məşq etdirirdi.
Qeyd edək ki, UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda "Qarabağ" klubu "Napoli" səfərinə yollanacaq. Qarşılaşma noyabrın 26-da, Bakı vaxtı ilə saat 00:00-da İtaliyada start götürəcək.