Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Almaniyanın Hamburq şəhərində keçirilən ATƏT-ə üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının 23-cü iclası çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb.
Azərbaycan XİN-in mətbuat katibi Hikmət Hacıyevin Oxu.Az-a verdiyi məlumata görə, görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi müzakirə olunub.
H.Hacıyev bildirib ki, Ermənistanın destruktiv siyasəti və görüşdən yayınmaq cəhdləri nəticəsində həmsədrlərin təklif etdiyi “3+2” (Rusiya, ABŞ, Fransa və Ermənistan, Azərbaycan) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb.
N.O.