Azərbaycanın ABŞ-dakı səfirliyinə “The New-York Times” qəzetində Azərbaycanla bağlı dərc olunan məqalədə yol verilən səhvin düzəldilməsi barədə təlimat verilib.
Oxu.Az xəbər verir ki, bu barədə APA-ya açıqlamasında Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat şöbəsinin rəhbəri Elman Abdullayev bildirib.
Qeyd edək ki, “The New-York Times” qəzetində Bakı şəhəri həm Azərbaycanın, həm də Ermənistanın paytaxtı kimi göstərilib.