Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
:1200.jpg)
YAP Qubada soyqırımı ilə bağlı konfrans keçirir - FOTO
Qubada Yeni Azərbaycan Partiyasının (YAP) təşkilatçılığı ilə “Soyqırımı: Ümumbəşəri cinayətlər kontekstindən yeni baxış” mövzusunda elmi-praktiki konfrans öz işinə başlayıb.
“Report”un məlumatına görə, 31 mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş konfrans iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Quba şəhərinin mərkəzində ucaldılmış abidəsi önünə gül dəstələri düzüb, xatirəsini ehtiramla anıblar.
Daha sonra iştirakçılar Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Məlumat üçün qeyd edək ki, Konfransda Yeni Azərbaycan Partiyası (YAP) sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov, Quba Rayon İcra Hakimiyyətinin başçısı Ziyəddin Əliyev, baş prokurorun 1-ci müavini Elçin Məmmədov, xarici işlər nazirinin birinci müavini Elnur Məmmədov, Türkiyənin Azərbaycandakı səfirinin müavini Tuğba Sarıyönlü, Azərbaycan Dillər Universitetinin rektoru akademik Kamal Abdulla, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov, Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Azad Cəfərli və Milli Məclisin deputatı Anar İsgəndərov çıxışlar edəcək. Konfransda müxtəlif dövlət qurumlarının nümayəndələri, millət vəkilləri iştirak edirlər.
"Heydər Əliyev" teqi üzrə xəbərlər
- Prezident İlham Əliyev Artur Rasi-zadəyə "Heydər Əliyev" ordenini təqdim edib
- Ki-Uestin sirr pərdəsini açarkən və ya Heydər Əliyevin ustad dərsi - Caliber.az-da tarixə ekskurs
- Heydər Əliyev 20 Yanvar faciəsinin günahkarlarını necə ifşa etdi? - Azadlığa gedən yol
- Prezident İlham Əliyev 20 Yanvar şəhidlərinin xatirəsini yad edib
- 20 Yanvar faciəsindən 35 il keçir