Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpus nümayəndələrinə Zəngilan şəhərindəki Konqres Mərkəzində "Zəngəzur dəhlizi - regional nəqliyyat şəbəkəsi" mövzusunda brifinq keçirilib.
Oxu.Az xəbər verir ki, brifinqdə diplomatları maraqlandıran suallar cavablandırılıb.
Tədbirdə həmçinin diplomatlara Azərbaycanın nəqliyyat-logistika imkanları, tranzit potensialı və bu sahədə həyata keçirilən layihələr barədə ətraflı məlumat verilib.
Zəngilanda "Zəngəzur dəhlizi - regional nəqliyyat şəbəkəsi" mövzusunda brifinq keçirilib