21 
İyn
2017
14:41
144
8
4298
Virtual karabakh

RMDM-də böyrək transplantasiyası uğurla həyata keçirilib

21 İyn, 2017
14:41
4298

RMDM-də böyrək transplantasiyası uğurla həyata keçirilib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) yeni açılan “Böyrək Xəstəlikləri və Transplantasiya” Mərkəzində böyrək transplantasiyası uğurla həyata keçirilib. Xroniki böyrək xəstəliyindən əziyyət çəkən vətəndaşa qardaşının böyrəyi köçürülüb.

Bu barədə Oxu.Az-a mərkəzin müdiri, cərrah-uroloq, t.ü.f.d. Rəşad Şolan və transplant-nefroloq Orxan Quliyev məlumat verib: “Mərkəzimizdə böyrək köçürülməsi üçün lazım olan şərait və avadanlıqlar dünya standartlarına uyğundur. Böyrək transplantasiyasına namizəd olan xəstə və donor çox ciddi şəkildə araşdırılır. Xüsusən də immunoloji testlər və digər müayinələrdən keçəndən sonra xəstə xüsusi yaradılmış konsiliumda müzakirəyə çıxarılır. Bütün əlaqədar mütəxəssislərin müsbət rəyindən sonra xəstəyə böyrək köçürülür”.

Qeyd edək ki, aprel ayında yaradılan “Böyrək Xəstəlikləri və Transplantasiya” Mərkəzində urologiyanın və nefrologiyanın bütün sahələri üzrə xidmət göstərilir.

A.M.

www.oxu.az

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri