Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Sentyabrda Bayılda söküntü başlaya bilər
Hazırda Bayıldakı evlərin sökülməsi ilə bağlı heç bir yenilik yoxdur.
Bunu Oxu.Az-a açıqlamasında Səbail Rayon İcra Hakimiyyəti (RİH) Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri İsrafil Kərimov bildirib.
Onun sözlərinə görə, hazırda Bayılda mütəxəssislər sürüşmə olan ərazilərə cihazlar yerləşdirib:
“Həftədə bir dəfə yoxlama aparılır. Ərazidəki evlərin sökülməsi, sakinlərə kompensasiya verilməsi ilə bağlı heç bir yenilik yoxdur”.
İsrafil Kərimov qeyd edib ki, ola bilsin ki, sentyabr, oktyabr ayında Bayıl ərazisində söküntü işləri başlansın.
İlhamə Əbülfət
www.oxu.az
Ən çox oxunanlar
Rəylər