17 
Okt
2018
18:25
170
19
5061
Virtual karabakh

“MİR24”: Ən yaxşı üzüm Azərbaycanda yetişdirilir - VİDEO

17 Okt, 2018
18:25
5061

“MİR24”: Ən yaxşı üzüm Azərbaycanda yetişdirilir - VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ən yaxşı üzüm məhsulu Azərbaycanın qərbində yetişdirilib. 

Oxu.Az xəbər verir ki, bununla bağlı “MİR24” telekanalının reportajında məlumat verilib. 

“İsti hava şəraiti səbəbindən Göygöl rayonunda bol üzüm məhsulu yetişib. Üzüm yığımı ilə məşğul olan Gülyanaq Bəşirlinin sözlərinə görə, gün ərzində 150 vedrə üzüm yığılıb”, - deyə süjetdə vurğulanıb. 

Reportajda bildirilib ki, hər hektardan 50 ton üzüm yığmaq mümkündür:

“Təzə üzüm salxımı şərab almaq üçün tətbiq edilir. Zavodun baş şərabçısı Rasim Ömərov qeyd edib ki, şərabçılıqda müasir aparatlardan istifadə olunur, çünki növündən asılı olaraq, xammal xüsusi yanaşma tələb edir”. 

Bildirilib ki, təkcə Göyçay rayonundan 500 ton üzüm yığılıb. Ümumilikdə Azərbaycandan 12 rayonda isə 16 min 500 hektar ərazi üzümçülərə verilib.

www.oxu.az

Oxu.Az yeniləndi!

ANDROID əməliyyat sistemli smartfonlar

iOS əməliyyat sistemli smartfonlar

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri