Böyük Britaniyanın “Which?” İstehlakçılar Assosiasiyası səyahət üçün ən təhlükəsiz ölkələrin reytinqini tərtib edib.
Oxu.az xəbər verir ki, mütəxəssislər 20 ən populyar istiqaməti 4 göstəriciyə görə dəyərləndiriblər: cinayətkarlıq səviyyəsi, sağlamlığa təhlükə, terror aktları və təbii fəlakətlər ehtimalı. Bütün göstəricilərə əsasən ən təhlükəsiz ölkə İslandiya elan edilib.
İkinci pillədə BƏƏ-dir. Sonrakı mövqelərdə Sinqapur, İspaniya və Avstraliya qərarlaşıblar.
Turistlər üçün ən arzuolunmaz məkanlar isə Türkiyə və Cənubi Amerikadır. Bu ölkələrdə cinayətkarlıq səviyyəsi olduqca yüksəkdir, həmçinin viruslara yoluxma təhlükəsi də mövcuddur.
Rəylər