Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Deputat: 50 minlik əhaliyə bir təcili yardım maşını xidmət göstərir
Zərdab əhalisinin Bakıya çıxışını təmin edən Zərdab-Mollakənd yolu bir neçə il bundan əvvəl əsaslı şəkildə tikilərək istifadəyə verildi. Nəzərə alsaq ki, bu yol hazırda həm Zərdab rayonunun, həm də qonşu rayonların - İmişlinin, Ağcabədinin şəhərə çıxışı üçün alternativ, əhəmiyyətli bir yoldur və bu yol, demək olar ki, dağılıb və istifadəsizdir. Odur ki, Zərdab-Mollakənd yolunun əsaslı təmirinə ehtiyac var.
Oxu.Az xəbər verir ki, bunu millət vəkili Jalə Əliyeva parlament komitələri tərəfindən plenar iclasların ikinci oxunuşunun müzakirəsinə tövsiyə olunan 2019-cü ilin büdcə zərfi ilə bağlı fikirlərini açıqlayarkən deyib.
Onun sözlərinə görə, tikintisinə vəsait ayrılmış olan, lakin hələlik tikintisinə başlanılmayan Ucar-Zərdab-Ağcabədi yolunun tikintisinin tezləşdirilməsinə ehtiyac var.
O qeyd edib ki, altı yaşayış məntəqəsini birləşdirən Zərdab-Qaravəlli yoluna da vəsait ayrılsa da, bu yolun tikinti işləri hələ də başlanmayıb:
“Həmin layihənin sürətləndirilməsini xahiş edirik. Kəndlərarası yolların əsaslı təmir edilməsinə ehtiyac görürük. Həmçinin, təhsilin inkişafının təmin etmək məqsədilə 1 saylı Zərdab natamam orta məktəbinin yenidən tikilməsi üçün iki il əvvəl vəsait ayrılsa da, tikinti işlərinə başlanılmayıb və bu təklifimizi ötən illər irəli sürmüşük. Rayonun Dəliquşçu kənd orta məktəbi qəzalı vəziyyətdədir və tezliklə bu kəndin məktəbinin təmirinə və yenidən tikintisinə böyük bir ehtiyac hiss olunur.
Bu xəstəxana bütün avadanlıqlarla, dünya standartlı avadanlıqlarla təchiz edilib. Lakin təəssüflər olsun ki, bu xəstəxananın dializ şöbəsi bu günə qədər tam rejimi ilə işləyə bilmir və hətta deyərdim ki, heç işləmir.
Yəni, xəstəxanadakı dializ makinalarının işləməsi üçün filtr cihazlarına ehtiyac var. Çünki bu cihazlarla həmin aparatlar işləyirlər və son dəfə rayonda olarkən yerli sakinlər mənə müraciət edərək, xəstələri olduqları zaman dializ xəstələrini qonşu rayonlara aparmaq məcburiyyətində qaldıqlarını bildirmişdilər.
Bu məsələni Səhiyyə Nazirliyinin nəzərinə çatdırmaq istəyirik. Eyni zamanda, rayonun əhalisinin sayının artmasını nəzərə alaraq həmin rayon xəstəxanasında bu günə qədər mövcud olmayan Təcili Yardım Stansiyasının açılmasına bir ehtiyac hiss olunur və təcili yardım haqqında danışmışkən, bütün rayona, sadəcə, bir təcili yardım maşını ilə xidmət göstərilir ki, bu da əhalisi 50 mindən artıq olan bir rayon üçün, əlbəttə, çox azdır”.
Kamil HƏMZƏOĞLU
www.oxu.az
"Ağcabədi" teqi üzrə xəbərlər
- Ağcabədidə qadının boğazı kəsildi - 16 yaşlı oğlu və kürəkəni saxlanıldılar
- Ağcabədi Olimpiya İdman Kompleksinin direktoru vəzifəsindən ayrılıb
- Ağcabədidə dəm qazından boğulma: Bir nəfər öldü, digəri xəstəxanalıq oldu
- Ağcabədidə çətənə bitkisinin kultivasiyasını təşkil edən şəxs saxlanılıb
- Ağcabədidə yük maşını sexə çırpıldı
Rəylər