Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Şaxta Baba Yeni il arzularının çin olması üçün üç şərti açıqlayıb
Şaxta baba Yeni il arzularının yerinə yetməsi üçün lazım olan əsas üç şərti xatırladıb.
Oxu.Az bildirir ki, bunun üçün arzularınızı kağıza yazmaq, yandırmaq və üzərindən şampan şərabı içmək mütləq deyil.
Bundan başqa, sehirbaz Şaxta babanın fikrincə, bu üç sadə şərtə riayət etmədən həyata keçirilən digər ayinlərin anlamı yoxdur.
“Arzu həmişə xoş olmalıdır, tam qəlbdən onun yerinə yetəcəyinə inanmaq lazımdır və onun həyata keçməsi üçün az da olsa, səy göstərmək lazımdır. Belə olan halda, mən də öz sehrimlə yardım edəcəm”, - deyə Şaxta baba RT kanalına müsahibəsində söz verib.
Bundan başqa, məlum olub ki, çoxları Yeni ildə özünə və yaxınlarına sağlamlıq arzulayır. Bu arzu varlanmaq arzusundan üç dəfə çox məşhurdur.
Sonda Şaxta baba Yeni il üçün özünün ən böyük arzusu haqqında danışıb:
“Mən illər boyunca Sizi bir-birinizi anlamağınızı arzulayıram. Bu, böyük bir problemdir”, - deyə o bildirib.