17 
Yan
2019
11:07
48
84
7328
Virtual karabakh

Telekanalların yayımında problem yaranıb

17 Yan, 2019
11:07
7328

Telekanalların yayımında problem yaranıb

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Ölkə ərazisində bir sıra telekanalların yayımında problem yaranıb.

Bunu Oxu.Az-a açıqlamasında KATV1-nin mətbuat xidmətinin rəhbəri Pərvin Sadıqov deyib.

Onun sözlərinə görə, Rusiya kanallarının ölkə ərazisində yayımında yaranan problem KATV1 kabel televiziyasından qaynaqlanmır:

“Bu dəqiqə KATV1-nin yayımında heç bir problem müşahidə edilmir. Demək olar ki, yalnız bir binada küləklə bağlı texniki problem yaranıb, o da operativ şəkildə əməkdaşlarımız tərəfindən həll olunub. Bu dəqiqə üçün yayım tam qaydasında davam edir. Azərbaycan və Türkiyə kanalları həmişəki kimi yayımlanır.

Rusiya kanallarının yayımında yaranan problem isə birbaşa həmin kanallarda aparılan profilaktik işlərlə əlaqəlidir. Məhz bu səbəbdən Rusiya kanallarının yayımında problem ortaya çıxıb. Düşünürəm ki, günün ikinci yarısından sonra artıq Rusiya kanallarının da yayımı normal qaydada bərpa olunacaq”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri