Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Amaşov şikayətləndi: Azərbaycanda erməni radiosunun dalğaları eşidilir
Bakıdan çıxıb Hacıqabula çatanda İran radiolarının dalğaları bizim radioları üstələyir.
Oxu.Az xəbər verir ki, bunu parlamentin plenar iclasında deputat Əflatun Amaşov deyib.
“Ağsu aşırımı”nda erməni radiosunun dalğaları eşidilir, Gəncəni keçən kimi Gürcüstanın radio dalğaları hakimdir”, - deyən millət vəkili qeyd edib ki, bununla bağlı qanunvericiliyə edilən dəyişiklik vacibdir.
Onun sözlərinə görə, hər bir ölkənin quru sərhədi olduğu kimi, informasiya məkanının da sərhədi var:
“Ölkəmizin gələcəyi naminə hər iki sərhədimizi qorumalıyıq. Hesab edirəm ki, bununla bağlı müvafiq qurumlar qarşısında məsələ qaldırmalıyıq”.
Kamil HƏMZƏOĞLU
Rəylər