18 
Apr
2019
19:58
27
238
12281
Virtual karabakh

Bakının iki rayonunda qaz olmayacaq

18 Apr, 2019
19:58
12281

Bakının iki rayonunda qaz olmayacaq

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Paytaxtın bir neçə rayonunda təbii qazın verilişində məhdudiyyətlər olacaq.

“Azəriqaz” İB-dən Oxu.Az-a verilən məlumata görə, Bakı şəhəri  Nəsimi və Yasamal rayonlarının  təbii qaz təchizatında məhdudiyyətlər olacaq.
 
Nəsimi rayonu, Asif Məhərrəmov küçəsində pilot layihə ilə çəkilmiş qaz xətlərinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar, 19 aprel saat  09:00-dan  təmir işləri yekunlaşana qədər Nəsimi rayonu 1 və 2-ci Alatava, Tibilisi prospekti, 20 yanvar, A.Məhərrəmov, A.Qurbanov, Bakıxanov, C.Məmmədquluzadə və H.Əliyev küçələrinin bir hissəsində  təbii qazın verilişində fasilələr yaranacaq.
         
Görülən zəruri təmir işlərinin Nərimanov və Binəqədi rayonlarının bir hissəsinin də  qaz təchizatına təsir göstərməsi mümkündür.

Aparılan  işlər gün ərzində yekunlaşdırılacaq və təbii qazın verilişi bərpa ediləcək.

Yaranacaq məhdudiyyətlə bağlı “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
 
Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri