19 
Apr
2019
16:06
173
40
4505
Virtual karabakh

Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki dəyişir - Sərnişinlər istəyib

19 Apr, 2019
16:06
4505

Bakı-Sumqayıt qatarlarının hərəkət qrafiki dəyişir - Sərnişinlər istəyib

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bakı-Sumqayıt-Bakı istiqamətində hərəkət edən elektrik qatarlarının hərəkət qrafiki aprelin 22-dən etibarən dəyişdirilir. 

Bu barədə Oxu.Az-a “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Bildirilib ki, dəyişiklik sərnişinlərin istək və təklifləri əsasında həyata keçirilib:

Belə ki, gün ərzində Bakı-Sumqayıt-Bakı marşrutu üzrə hərəkət edən qatarların sayı 13 cütdən 14 cütə çatdırılıb. Eləcə də, Bakıdan yola düşmə və Bakıya çatma vaxtlarında optimallaşdırma aparılaraq dəyişiklik edilib.

Qeyd: Hər şənbə, bazar və bayram günləri 6002/6001, 6004/6003, 6006/6005, 6011, 6015, 6017, 6020,6022/6021, 6024, 6028 nömrəli elektrik qatarları hərəkətdə olmayacaqlar.   

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri