14 
May
2019
19:45
83
402
14684
Virtual karabakh

Bakının mərkəzini su basdı - YENİLƏNİB + VİDEO

14 May, 2019
19:45
14684

Bakının mərkəzini su basdı - YENİLƏNİB + VİDEO

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Bu gün günorta saatlarında Bakının mərkəzini su basması barədə məlumat vermişdik. 

Belə ki, Süleyman Rüstəmov küçəsində partlayan borudan ətrafa yayılan su Rəşid Behbudov küçəsinə qədər olan ərazini əhatə edib. Ətrafa yayılan su piyadaların və avtomobillərin hərəkətində çətinlik yaratmaqla yanaşı, yaxınlıqda yerləşən idarəyə də ziyan vurub.

Ərazidə olan Bakı Su Kanal idarəsinin rəsmisi Yaşar Əhmədovun sözlərinə görə, “Azərsu” ASC-nin əməkdaşları əraziyə cəlb olunub. Qısa zaman ərzində qəzanın baş vermə səbəbi araşdırılıb, tədbir görüləcək. 

İlhamə Kələyeva, Valeh Arifoğlu

15:50

Bakının mərkəzini su basmasının səbəbi bilinib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətindən Oxu.Az-a verilən məlumata görə, ərazidə 500 mm-lik diametrli xətdə qəza baş verib:

“Bununla əlaqədar ərazidə suyun verilməsi dayandırılıb. Hazırda qəza briqadası əraziyə cəlb olunub.

Qəzanın aradan qaldırılması üçün işlər görülür. Baş vermiş qəza aradan qaldırıldıqdan sonra suyun verilməsi təmin olunacaq”.

15:25

Bu gün günorta saatlarında Bakının mərkəzini su basıb.

Oxu.Az xəbər verir ki, hadisə Rəşid Behbudov küçəsində qeydə alınıb. 

Bu səbəbdən yolda həm piyadaların, həm də avtomobillərin hərəkətində çətinlik yaranıb.

Video Oxu.Az-ın Mobil reportyor rubrikasına göndərilib.

İlhamə Əbülfət

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri