Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür
1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günüdür.
Oxu.Az xəbər verir ki, 1 iyun 1950-ci ildə BMT Baş Assambleyası tərəfindən bu tarixin Uşaqların Beynəlxalq Müdafiəsi Günü kimi qeyd olunması qərara alınıb.
Dünyanın əksər ölkələrində olduğu kimi, bu gün Azərbaycanda da qeyd edilir.
Azərbaycanda uşaqların müdafiə olunması və onlara qayğı göstərilməsi istiqamətində çoxsaylı işlər görülür. Uşaq hüquqlarının müdafiəsi ilə bağlı Azərbaycanda qanunvericilik bazası formalaşıb.
Ölkədə uşaqların problemlərinin həlli istiqamətində müxtəlif layihələr də həyata keçirilir.
Xatırladaq ki, Prezident İlham Əliyevin 22 dekabr 2008-ci il tarixli imzaladığı sərəncama əsasən, 2009-cu il ökədə “Uşaq ili” elan olunmuşdu.
Qeyd edək ki, cari ilin birinci rübündə Azərbaycanda yeni doğulan körpələrin sayı 32 402 olub. Əhalinin hər 1000 nəfərinə bu göstərici 13,3 təşkil edib. Doğulanların 53,5 faizi oğlan, 46,5 faizi isə qız uşağıdır. Körpələrin 708-i əkiz, 27-si isə üçəm doğulub.
"Birləşmiş Millətlər Təşkilatı (BMT)" teqi üzrə xəbərlər
- Antoniu Quterreş: "İqlim ədaləti üçün beynəlxalq əməkdaşlıq vacibdir"
- BMT-nin Turizm baş katibi: "Uşaqlara iqlim dəyişikliyi nə olduğu aşılanmalıdır"
- BMT-nin polis rəisi: "Azərbaycan hökumətinin COP29-a hazırlıq işlərindən razıyıq"
- BMT baş katibinin köməkçisi Elçin Əmirbəyov və Vüqar Süleymanovla görüşüb
- BMT BA-nın 3-cü Komitəsində Azərbaycanın irəli sürdüyü qətnamə qəbul edilib
Rəylər