Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Rüşvət alarkən görüntüləri yayılan polislər işdən qovuldu
Sosial şəbəkələrdə yol hərəkəti qaydalarını pozan iki piyadadan rüşvət alarkən videogörüntüsü yayılan polis əməkdaşları vəzifələrindən azad edilib.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib.
Onun sözlərinə görə, polis əməkdaşları barədə Baş İdarədə xidməti yoxlama aparılıb
“Müəyyən olunub ki, sosial şəbəkələrdə yayılan videogörüntülər iyunun 29-da Binəqədi rayonu, Azadlıq prospekti ilə Axundov küçəsinin kəsişməsində yolun hərəkət hissəsini müəyyən olunmayan yerdən keçən piyadalara qarşı profilaktik tədbirlər zamanı baş verib:
Polis serjantları Elvin Əhmədov və Ceyhun Nəsrullayev yolu müəyyən edilən yerdən keçməyən piyadalara dayandırmanın səbəbini izah etsələr də, heç bir sənədləşdirmə aparmayıblar”.
“Yol hərəkəti haqqında” qanunun və “Daxili işlər orqanları əməkdaşlarının etik davranış kodeksi”nin tələblərini pozduqlarına görə “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 9-cu bəndinə əsasən Binəqədi RPİ Dövlət Yol Polisi şöbəsinə Binəqədi RPİ Post Patrul Xidməti bölüyündən ezam olunmuş əməkdaşlar aparılan xidməti yoxlamanın nəticəsinə görə Bakı Şəhər BPİ rəisinin müvafiq əmri ilə daxili işlər orqanlarından xaric edilib.
İlhamə Əbülfət
"Azərbaycan" teqi üzrə xəbərlər
- İran Zəngəzur dəhlizi ilə bağlı mövqeyini dəyişir? - "Tehranın yanaşması ifşa olunmalıdır"
- Azərbaycanın etirazına İrandan reaksiyalar
- İranda molla rejimi dəyişə bilər: "Bu cür sistemlərin ömrü uzağı 70 il olur"
- Suriyadan Cənubi Qafqazadək təsir dairəsi: "Manipulyator ölkələrdə sistem dəyişikliyi olacaq"
- Qroznıda AZAL təyyarəsinin qəzaya uğraması ilə bağlı istintaqın "hərbi hissəsi" məxfiləşdirilib
Rəylər