Türkiyənin İstanbul şəhərindən Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu Gürcüstan sərhədində qəzaya uğrayıb.
Oxu.Az-ın məlumatına görə, avtobus sərnişinlər Gürcüstan sərhədində endikdən sonra iritonnajlı yük maşını ilə toqquşub.
Qəza nəticəsində xəsarət alan olmayıb.
50 nəfərə qədər sərnişin Gürcüstan-Azərbaycan sərhədində neytral zonada altı saatdan çox gözləməli olub. Altı saat sonra problem həll olunub və hazırda avtobus Bakı istiqamətində hərəkət edir.
Gürcüstan polisi faktı araşdırır.
Tehran Orucoğlu
Rəylər