Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Məleykə Abbaszadə: Ailədəki problemlər imtahanın nəticələrini dəyişmir - VİDEO
İmtahan verən abituriyentlər topladıqları ballardan narazı olduqları zaman ailə problemlərini səbəb gətirərək xüsusi güzəştlər istəyirlər.
Oxu.Az xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə jurnalistlərin suallarını cavablandırarkən deyib.
Onun sözlərinə görə, bununla bağlı rəhbərlik etdiyi quruma müraciətlərin sayı da artıb.
M.Abbaszadə ailənin sosial vəziyyətinin, ailə üzvlərinin səhhətindəki problemlərin nəticələrə təsir etmədiyini bildirib:
“İmtahan nəticələri elan ediləndə hər bir şəxsin biliyi qiymətləndirilir. Biz sosial vəziyyəti qiymətləndirmirik. Qaydalar hamı üçün eynidir. Sənədləri vaxtında hazırlayıb, prosedura vaxtında qoşulanların heç zaman problemi olmur”.
Sədr abituriyentlərə imtahanlar və ixtisas seçimləri ilə bağlı kömək məqsədilə Bakıda və regionlarda yaradılan məlumat mərkəzlərinə müraciət etməyi tövsiyə edib:
“Hazırda ölkə üzrə cəmi səkkiz regional bölməmiz var. Bu ildən etibarən regional bölmələrə aid olan rayonlara müəyyən gün təyin edilərək, vətəndaşların qəbulu həyata keçiriləcək”.
Tehran Orucoğlu
"Bakı" teqi üzrə xəbərlər
- Kommunal xidmətlərin tarifləri dəyişdirildi: Bu sahədə düzgün hesablama aparılıbmı?
- Sabunçuda baş verən qəzada xəsarət alan şəxsin son durumu AÇIQLANDI
- Bakıda pişiyə işgəncə verən şəxs cəzalandırıldı
- Bakıda pişiyi eyvandan salladılar, işgəncə verdilər
- Dünyanın ən bahalı şəhərlərinin son reytinqi: Bakı neçənci yerdədir?
Rəylər