Avq
2019
11:44
13
124
4262
Virtual karabakh

Bu ərazilərdə işıq yoxdur

9 Avq, 2019
11:44
4262

Bu ərazilərdə işıq yoxdur

Bizim WhatsApp kanalımıza buradan abunə ola bilərsiniz

Hazırda Ceyranbatan və Bağlar massivində qabaqlayıcı tədbirlər məqsədilə elektrik enerjisi təchizatı dayandırılıb.

Bu barədə  Oxu.Az-a “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

T.Mustafayevin sözlərinə görə, qurum baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbirlər görür:

“Hazırda Bakıda və regionlarda istehlakçıların elektrik enerjisi təchizatında heç bir problem yoxdur. Havanın küləkli və yağışlı olması səbəbindən yalnız Abşeron yarımadasının bəzi ərazilərində baş verə biləcək qəzaların qarşısını almaq üçün qabaqlayıcı tədbir olaraq bir neçə dəqiqəlik elektrik enerjisi təchizatı dayandırılır.

Hazırda bu tədbirlər Ceyranbatan və Bağlar massivində həyata keçirilir. Təchizatın dayandırılması isə 30 dəqiqədən çox çəkmir”.

Könül Cəfərli

Bizimlə əlaqə saxlayın

Digər Cəmiyyət xəbərləri