Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Kolleksioner müəllim həyətini qəsrə çevirdi - FOTO/VİDEO
Masallının Boradigah qəsəbə sakini Məmməd Məmmədovun həyətyanı sahəsi kiçik qəsrə bənzəyir.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, ixtisasca ingilis-fransız dili müəllimi olan 60 yaşlı M.Məmmədov yerli və müxtəlif ölkələrdən gətirilən güllər, qədim əmək daşları, qədim məişət əşyaları, xalçalar və çay daşlarının ahəngi ilə həyətində maraqlı mənzərə yaradıb.
M.Məhəmmədov bildirib ki, çay daşlarını boş vaxtlarında çay kənarından, istirahətə getdiyi yerlərdən seçib gətirib. Onları hissələrə böldükdən sonra hörgü işlərini aparıb. Divara işləyəndə daşların rəngarəng olmasına üstünlük verir, onları əsla rəngləmir.
Həyətdəki kiçik muzeydə isə qonşu kənd və rayonlardan gətirdiyi qədim xalçalar, əntiq qablar və məişət əşyaları toplanıb.
M.Məmmədovun topladığı əşyalar arasında Tunc dövrünə aid olduğu təxmin edilən saxsı qab da var.
Müsahibimiz vurğulayır ki, bu iş həm də bahalı sənətdir. Kərpicdən və mişar daşından fərqli olaraq, çay daşına sement çox işlənilir.
Sənətkar həyətində milli atributlara da yer verib. O, kolleksionerdir və gəzdiyi ölkələrdən əldə etdiyi pul əskinaslarını toplayır.
Rövşən Mövlan
"Masallı" teqi üzrə xəbərlər
- 17 yaşlı gənc şəxsiyyət vəsiqəsində "qız", məlumat bazasında "oğlan" kimi qeyd olunub - TƏFƏRRÜAT
- Masallıda 37 yaşlı kişi özünü asıb
- Azərbaycanda kişi arvadı ilə münasibəti olan dostunu döyərək öldürdü
- Masallıda evdə yanğın: Üç texnika cəlb OLUNDU
- Sakinlərin NƏZƏRİNƏ: Sabah bəzi ərazilərdə qaz olmayacaq
Rəylər