Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Azərbaycanlı milyarder Moskvada uşaq xəstəxanası tikdirdi
Rusiyada fəaliyyət göstərən azərbaycanlı iş adamı, milyarder Araz Ağalarov Moskvada uşaq stasionar hospis mərkəzi tikdirib.
Oxu.Az xəbər verir ki, bu barədə iş adamının oğlu, Azərbaycanın xalq artisti Emin Ağalarov “Instagram” səhifəsində paylaşım edib.
“Ata, sağ ol! Moskvada uşaqlar üçün “Mayak evi” açıldı”, - deyə E.Ağalarov bildirib.
Onun sözlərinə görə, xəstəxana “Həyat bəxş et” və “Vera” xeyriyyə fondlarının təşəbbüsü ilə tikilib.
Aqşin Kərimov
Ən çox oxunanlar
Rəylər