Oğuz sakini meşəlik ərazidə bədbəxt hadisə nəticəsində ölüb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Xalxal kəndinə yaxın dağlıq-meşəlik ərazidə baş verib.
Belə ki, həmin kəndin sakini, 58 yaşlı Xanlar Nəbiyev meşəlik ərazidə şabalıd ağaclarını budayarkən iri budağın üzərinə düşməsi nəticəsində ölüb.
Hazırda faktla bağlı araşdırma aparılır.
